пятница, 4 февраля 2011 г.

Xərçəng xəstəliyinə qarşı təsirli meyvə və tərəvəzlərdən bir neçəsini diqqətinizə çatdırırıq. Sağlam qalmaq üçün aşağıda göstərilənləri mütəmadi olaraq qəbul etmək lazımdır.

Alma - Almanın tərkibində 5-24 %-ə qədər şəkər, 1,3 %-ə yaxın üzvü turşular (alma, limon, kəhraba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzları vardır. Almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki, onlar da ürək damar sistemi üçün çox faydalıdır. Gündə ən azı 2 ədəd alma (qabığı ilə birlikdə) yeyilməlidir.

Nar – Xərçəng xəstəliyindən qorunmaq üçün ən effektiv vasitələrdən biri nar şirəşidir. Tərkibindəki maddələr səbəbilə qandakı xolesterolu və şəkərin miqdarını tənzimləyir. Buna görə də, gündə bir stəkan təzə sıxılmış nar şirəsi içmək və ya 2-3 ədəd nar yemək lazımdır.

Qara üzüm – Son on ildəki araşdırmalar qara üzümün xərçəngə qarşı əhəmiyyətli bitki olduğunu üzə çıxarıb. Üzüm, həmçinin qan-damar xəstəliklərindən də qoruyur. Maraqlıdır ki, qara üzümün çəyirdəyi və qabığı ilə birlikdə yeyilməsi daha məqsədəuyğun sayılır.

Böyürtkən – Tərkibindəki “eliagic asit” maddəsi xərçəng xəstəliyi törədən hüceyrələri məhv edir. Böyürtkən yarpaqları da çox xeyirlidir və çay şəklində istifadə edilir. Tərkibində müxtəlif xeyirli maddələr var, bunlardan alma və limon turşularını, C vitaminini, karotini, az miqdarda B1 vitamini, həmçinin çoxlu miqdarda qlükoza, fruktoza, saxaroza şəkərlərini göstərə bilərik.

Gilas – Tərkibində bol miqdarda “flavon” deyilən lazımlı bir maddə var. Xərçəngin əmələ gəlməsinə və inkişaf etməsinə mane olur. Xüsusilə də, dəri, döş, ağciyər və qaraciyərdə əmələ gələn xərçəng xəstəliyinə qarşı təsirlidir.

Qarpız – “A” və “C” vitamini ilə zəngindir. Tərkibindəki maddələr bədənimizi xərçəngə qarşı qoruyur və vücudumuzu toksik maddələrdən təmizləyir.

Qırmızı turp – Əsasən ağciyər və döş xərçəngi riskini azaldır. Buna görə də yemək zamanı bol miqdarda turp yemək məsləhətdir.

Qırmızı bibər – “C” vitamini ilə çox zəngindir. Xatırladaq ki, “C” vitamini “xərçəngli” hüceyrələrin böyüməsinə mane olur və toxumaları zərərli maddələrdən qoruyur.

Pomidor – Tərkibindəki “likopen” maddəsi ağciyər və döş xərçəngindən qoruyur. Həmçinin prostat problemlərini 40%-dək azaldır.

Sarımsaq – Xərçəngin yayılmasının qarşısını alır. Tərkibindəki “Selenium” “triptopan” kimi xərçəng hüceyrələri ilə mübarizə aparır. Heyvanlar üzərində aparılan təcrübələr nəticəsində məlum olmuşdur ki, sarımsaq mədə, döş, bağırsaq, qida borusu, prostat və dəri xərçənginin yaraması və yayılmasına mane olur. Ona görə də, gündə 2-3 diş sarımsaq yemək məsləhətdir.

Yerkökü – Gündə 2 stəkan yerkökü suyu içmək prostat xərçəngi riskini qarşı 20% azaldır. Tərkibindəki “betakaroten” maddəsi ağız, qida borusu və mədə xərçənginə qarşı qoruyur.

Avokado – Tərkibindəki “qlutation” maddəsi çox təsirli bir hüceyrə qoruyucusudur, çünki ən yaxşı antioksidantdır. Antioksidantlar hüceyrələrin “qocalması” prosesini zəiflədir və xərçəng riskini azaldır. Bütün meyvələr arasında protein baxımından ən zəngin meyvədir. “E” və “B6” vitamini ilə də zəngindir.

Kələm – Xərçəng xəstəliyindən qorunmaq üçün ən məsləhətli tərəvəzlərdəndir. Çox miqdarda “B”, “C” və “E” vitamini ilə zəngin kələm xüsusilə döş və bağırsaq xərçənginə qarşı effektivdir. Vücuddakı zəhərli maddələrin bədəndən çıxmasını təmin edir, qandakı şəkərin miqdarını azaldır, sarılıq xəstəliyinə qarşı təsirlidir. Aparılan araşdırmalar gösətrib ki, həftədə bir dəfə kələmlə qidalanmaq bağırsaq xərçəngi riskini 66% azaldır.

Portağal – “C”, “B” və “E” vitamini ilə zəngin olduğundan xərçəngə qarşı xüsusilə effektivdir. Bununla yanaşı, kökəlməyin də qarşısını alır. Ürək xəstəlikləri ilə mübarizə aparmaq üçün məsləhətli meyvədir.

Комментариев нет:

Отправить комментарий