вторник, 2 февраля 2010 г.

Xercengden nece qorunmali

Bu dəhşətli xəstəlikdən qorunmada qidalanma və düzgünrejimli həyat tərzi əsas sayılır.Xərçəngə qarşı necə qidalanmalı, onun qarşısını necə almalı və müalicə müddətində nələrə diqqət etməli? C vitamin ağız boşluğu, yemək borusu və mədə xərçənginə qarşı qoruyucu vasitədir. Ona görə də bu vitaminlə zəngin olan meyvə-tərəvəz yemək məsləhətdir. Təzə portağalın özü də, suyu da bu mənada dərmandır. Beta-karoten mənbəyi olan kök, boranı, təzə kartof və ispanaq kimi məhsullar da bu xəstəliyin düşmənidir. Lakin beta-karoteni də həddindən artıq qəbul etmək olmaz, ağciyər xərçənginə səbəb ola bilər. Quru acı bibərin isə bəzi növləri xərçəng xəstəliyi əmələ gətirir. Acı bibər orqanizmin immunitet sistemini gücləndirsə də, tərkibində aflatoksin maddəsi olduğundan bu maddə qaraciyər xərçənginə səbəb olur. Bitkilərin quruluşunda olan bəzi kimyəvi birləşmələr bitkiləri bakteriyalar, viruslar və göbələkdən qoruyur. Yüksək fitokimyəvi maddələr olan soya qabıqları, armud, kərəviz, zeytun, mərci, sarımsaq, yaşıl çay da xeyirlidir. Tərkibində Omeqa-3 yağ turşuları olan qidalar, dəniz məhsulları da prostat xərçənginin qarşısını alır. Sarımsaq özü çox faydalıdır, orqanizmi infeksiyalardan, mədə, bağırsaq, yemək borusu və ağciyər xərçəngindən qoruyur. Çalışın gurultulu musiqilərdən uzaq olun. Araşdırmalar belə musiqilərin də xərçəngə yol açdığını göstərir. Klassik musiqiyə üstünlük verin. Siqaret, qırmızı ətdən çox istifadə etmək, köklük xərçəngin meydana gəlməsi üçün əlverişli mənbələrdir. Virus və bakteriyalar, ətrafdakı kimyəvi maddələr, hərəkətsizlik, immun çatışmazlığı, radiasiyaya məruz qalmaq xərçəngə şərait yaradır.İsti çayla xərçəng xəstəliyi arasında əlaqə.4 dəqiqə gözləmək məsləhətdir İran alimləri iddia ediblər ki, həddindən çox isti çay içmək, qida borusunun xərçəngi riskini artırır.Britaniya Tibb Jurnalında dərc edilmiş araşdırmaya əsasən, Selsium cədvəli ilə 70 dərəcə və ondan çox temperaturda çay içmək riskin 8 dəfə artmasına səbəb ola bilər.Ekspertlər deyirlər ki, bu, qeyri-qərb ölkələrində xərçəngin məhz bu növünün niyə daha çox yayıldığını izah edə bilər.Bir çox qərb ölkələrində çaya süd qatırlar ki, bu da içkinin temperaturunu tələb olunan qədər azaldır.Qida borusu xərçəngi hər il dünya üzrə yarım milyon insanın ölümünə səbəb olur.Avropa və Amerikada bu xəstəliyin əsas səbəbinin spirtli içkilər və türün olduğu düşünülürdü. Amma dünyanın başqa yerlərində xərçəngin bu növünün niyə belə yayıldığı naməlum qalırdı.Gündə bir litr çayİranın şimalındakı Gülüstan əyaləti qida borusu xərçənginə görə dünyada birinci yeri tutur. Lakin burada siqaret çəkənlər azdır, içki içən isə demək olar ki, yox dərəcəsindədir. Lakin buna baxmayaraq, hətta qadınlar arasında da qida borusu xərçəngi geniş yayılıb. Bu regionda isti çay içmək adi bir haldır.Burada gündə bir litrə kimi çay içənlər çoxdur.Britaniyanın Xərçəng Xəstəliyi Tədqiqatları Fondundan Oliver Çayldz deyir ki, mütəmadi olaraq isti çay içmək və isti yeməklər yemək, qida borusunun səthində iltihab prosesinə səbəb ola bilər və xərçənglə nəticələnə bilər.Buna görə alimlər, qaynar çay stəkanlara süzüləndən sonra 4 dəqiqə gözləməyi məsləhət görürlər.

Комментариев нет:

Отправить комментарий