вторник, 2 февраля 2010 г.

Xərcənglə mübarizə günü

Xərçəngdən Qorunma Günü 2030-cu ilədək onkoloji xəstələrin sayı iki dəfə artacaq Nuranə TofiqliHər il fevralın 4-ü Dünya Xərçənglə Mübarizə Təşkilatının təşəbbüsü ilə "Xərçəng Xəstəliyindən Qorunma Günü" kimi qeyd olunur. Təşkilatın məqsədi "Passiv tüstü dumanı və uşaqlar", "Siqareti söndür, üzümü güldür" və s. şüarları ilə insanları xərçəngdən qorunmağa çağırmaqdır. Çünki xərçəngin birinci düşməni sayılan siqaret böyükləri yaralayır, hətta bundan kiçiklər də öz payını alır. Dünyada bu xəstəlikdən hər il 7 milyondan artıq insan həyatını itirir. Hazırda bu diaqnozla 20 milyon insan yaşayır. Dünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, 2030-cu ildə onkoloji xəstələrin sayı iki dəfə artacaq. İlbəil bu xəstəliyə düçar olanların sayı çoxalır. Hələ də həkimlər xərçəngin səbələrini araşdırır. Türk Xərçəng Araşdırma və Savaş Təşkilatı "Düzgün qidalan, bol hərəkətlə gələcəyinə gülümsə" adlı lahiyəsində hər kəsi xərçəngdən qorunmağa çağırır. Təşkilatın direktoru professor Tezer Kutluk şişmanlığın xərçəngə yaxalanma risqini artırdığını bildirib. Onun araşdırmalarına görə, dünyada bütün xərçəng xəstəliyinə düçar olmuş insanların 30 faizi çox çəkili və həddindən artıq şişmandırlar. Tütündən istifadə etmə, düzgün qidalanmamaq və hərəkətsiz yaşamağın xərçəng rsiqini önəmli şəkildə artırdığını deyən Kutlukun bildirdiyinə görə, məktəbyaşlı uşaqlarda hər 10 uşaqdan biri normal kilodadır. Bu uşaqların 30-45 milyonu isə şişmandır. Dünyada 1,5 milyard yeniyetmə artıq çəkili və bunlarında ən az 400 milyonu kökdür. 2015-ci ildə isə bu sayın 2,3 milyarda, şişmanların da 700 milyona çatacağı gözlənilir. Düzgün qidalanmama, hərəkətsizliyə imkan yaradan komüuter oyunları ilə televiziya qarşısında saatlarla oturma artıq çəki yaradır. Bundan başqa, araşdırmalarda yeni bir səbəb üzə çıxarılıb. Məlum olub ki, gözəllik salonlarında edilən tatuaj və piersinq də xərçəngə və AİDS-ə yol açır. Əgər həmin tatuaj növləri tibb işçiləri tərəfindən edilmirsə, insana qanla təxminən 40-a yaxın infeksiya xəstəliyi yoluxa bilər. Onu da qeyd edək ki, bəzi insanlar tatuajı və digər döymə növlərini bir-birindən öyrənirlər. Hətta bəzi gözəllik salonlarında tibbə aid olmayan cihazlardan istifadə edirlər. Hər zaman yanımızda daşıdığımız kiçik "dostumuz" saydığımız mobil telefonlar da xərçəng xəstəliynə səbəb olur. Araşdırmalara görə, 10 il mobil telefon işlədən insanlar arasında xərçəng xəstəliyinə tutulanların sayı daha çoxdur. Beynəlxalq Xərçəng Mərkəzinin araşdırmaçısı Elizabet Kardis mobil telefonlardan lazım olmadığında üzərində az gəzdirməyi, mümkün qədər uşaqlardan uzaq tutmağı məsləhət görüb. Radiasiya, siqaret, içki, düzgün qidalanmamaq, həmişə quru yeməklər yemək və bir də sözsüz ki, genetik amil də xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Xatırladaq ki, bu günə kimi xərçəng xəstəlik diaqnozu qoyulan insanlar ya içki içir, siqaret çəkir, ya da düzgün qidalanmır. Hesablamalar görə, dünyada 1 milyon insan tütündən istifadə edir. Hər 3 nəfərdən 1 siqaret çəkir və hər 10 ölümdən biri də siqaretin nəticəsidir. 1 milyon 400 min insan tütündən, 1 milyon 690 min insan ürək-damar xəstəliyindən, 970 min insan isə xroniki axciyər xəstəliyindən həytalarını itirirlər. Xərçəng xəstəliyi vücuddakı bütün orqanlara yayıla bilir. Xoşxassəli və bədxassəli növləri var. Xoşxassəli şişləri müalicə yolu ilə sağalmaq mümkündür. Bədxassəli şişləri tənəffüs yolarında, ağız boşluğunun selikli qişasının, dərinin hüceyrə örtüyündə əmələ gəlir. Qonşu orqanları yaralamaqdan başqa limfa və qan yolu ilə bütün orqanlara sıçrayır. Xəstəliyin əvvəlində klinik əlamətlər aydın xarakterik olmur. Sonrada əlamətlər qabarıq şəkildə təzahür edir, ağrı sinromları törənir, arıqlama, iştahasızlıq, yorğunluq müşahidə olunur. Bu xəstəliyin böyümə sürəti müxtəlifdir: gizli şəkildə inkişaf edən şişlər bir neçə ilə üzə çıxır. Xəstəlyini gedişi onun təkcə orqanizmdə yayılma dərəcəsindən asılı olmur, şişlər, əsasən cavan yaşlarda, hamiləlik və laktasiya zamanı daha tez böyüyr. Türkiyə Səhiyyə Nazirliyinin Xərçənglə Savaş Dairəsinin müdiri professor Murat Tuncerin bildirdiyinə görə, əgər xərçəngin qarşısı alınmazsa, 2030-cu ildə dünyada ildə 27 milyon insan xərçəngə yoluxacaq, 17 milyon insan həyatnı itirəcək, 75 milyona yaxın isə bu xəstəliklə boğuşacaq. Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatının 1948-ci ildə yayıdığı məlumata görə, 1990-cı ildə dünyada 8,1 milyon xərçəng xəstəsi olub. Ən çox yayılan ağciyər xərçəngi dünyadakı kişilərin 18 faizini, inkişaf etmiş ölkələrdəki kişilərin isə 21 faizini əhatə edir. İkinci sırada 10 faizlə mədə, 3-cü sırada isə 21 faizlə qadınlar arasında döş xərçəngi daha çox yayılıb. Amerika tədqiqatçılarının hesablamaların görə, təkcə ötən il 12 milyon insana xərçəng diaqnozu qoyulub, 7,6 milyon insan isə ölüb. Hazırda Azarbaycanda hər 100 min nəfərdən 100-ü xərçəng xəstəliyinin daşıyıcısıdır. Onların 40 nəfərinin məhz süd vəzilərində bədxassəli şiş aşkarlanıb. Uşaqlar arasında da yaş artdıqca xərçəngə yoluxma riski çoxalır. Azərbaycan Gender İnformasiya Mərkəzinin məlumatına görə, 2006-cı ildə 6,8 min nəfərdə bədxassəli şiş aşkar edilib. Bu da əhalinin hər 100 min nəfərinə 81 nəfərini təşkil edir. 2007-ci ilin əvvəlində isə tibb müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 290 nəfər olub. Bu xəstələrin arasında isə süd vəzilərinin, ağciyərin, mədə və qida borusunun xərçənginə daha çox rast gəlinir.

Комментариев нет:

Отправить комментарий