среда, 3 февраля 2010 г.




Əsrin Belasi xerceng xesteliyi

Əsrin Bəlası Xərçəng Xəstəliyi.
Dünya Sağlamlıq Təşkilatı məlumatlarına görə 2030-cu ildə insan ölümlərinin çoxuxərçəng xəstəliyi ucbatından reallaşacaq. Məlumatlar xərçəngə tutulan 24milyon, xərçəng səbəbiylə ölən insan sayını 17 milyon, xərçənglə yaşayaninsan sayını isə 75 milyon olaraq nəzərdə tutur.Keçmiş məlumatlara baxıldığında xərçəng xəstəliyində çox təssüfki 100 % artım gözlənilir.Bu artımdan ən çox da ölkəmiz kimi inkişaf etməkdə olan ölkələr təsirlənəcək.Xərçəngin erkən diaqnozu və xərçəngdən qorunma yolları haqqında məlumatlarınızıgücləndirmənizdə fayda var.
1. Siqareti atın.Yalnız siqareti buraxaraq həyatınızı 10 il artıra bilərsiniz. Bu il özünüz üçün bir addım atın, siqareti atmaq üçün səy göstərin, Bunun üçün lazımdısa həkimdən məsləhət alın.
2. İldə ən azı bir dəfə (norma 2 dəfədir)İllik check-up (yəni ümumi həkim müayinəsindən keçin) proqramlarınızı təxirə salmayın. Unutmayın ki; bəzi xərçəng növləri erkən müəyyən olunduğunda 90 % və üstü nisbətlə tamamilə yox edilə bilir. Ailəsində xərçəng xəstəsi olan, müəyyən bir yaşın üstündəki fərdlərin təyin olunaraq daha vasvası (yəni ehtiyyatlı və hər şeydən şübhəçi) araşdırmaların edilməsi lazımdır.
3. Artıq kilolardan xilas olunArtıq kilo qadın doğum yolları, kolon, sinə, yemək borusu və böyrək xərçəngi riskiniartırır. 10 % kilo itkisi isə adamı 501%-ə çatan nisbətdə xərçəngriskindən qoruyur. Aralıq dənizi tipi diyetin sağlam olduğu gedərək daha yaxşıaydın olur. Zeytunyağı, yaşıl qidalar, təzə və əməliyyatdan keçirilməmişməhsullar, bol lifli bəslənmə hər tip xərçəngi maneə törədə bilər. Yüksək kalorili,yağ tərkibi zəngin, lifi aşağı yeməklər, xüsusilə mədə və bağırsaq xərçəngibaxımından risk meydana gətirir.
4. Aktiv olunXərçəngdən qorunmanın ən yaxşı yollarından biri də aktiv bir həyat tərzidir.Gündə 10 min addım atmaq. 5 gün boyunca 30 dəqiqə edilən məşqlə ciddi mənada xərçəngdənqoruna bilərsiniz.
5. Yaşıl qidaları artırınEdilən işlər həftədə 3 və ya 4 dəfə salat yeyilməsinin siqaretə bağlıağciyər xərçəngi riskini azaltdığını göstərir. Çünki yaşıl tərəvəzlərdə hüceyrətəmirində vəzifə alan antioksidan molekullar bol miqdarda var.
6. Spirtdən uzaq durun
7. Yeməklərinizi rəngləndirinSon illərdə edilən bir iş tərəvəzlərə və meyvələrə qırmızı, bənövşəyi və mavirəngini verən antosiyanin adı verilən maddənin kolon xərçəngi riskini azaldır.
8. Mal ətini yeməyi azaldın, xüsusilə balıq və quş ətlərinə üstünlük verinMal əti tərkibindəki yüksək yağ nisbətiylə damar sərtliyi və bir çox xronikixəstəliyə səbəb olar. Ağ ət yemək yaxşı bir seçimdir. Yüksəkheyvan yağı məsələn mal yağı və s. istifadəsi xərçəngə gətirib çıxarar.
9. Günəş işığından qorununDəri xərçəngi ən çox görülən, amma bunun yanında ən çox qarşısı aləna bilən xərçəngnövləri arasındadır. Günəş işığı ehtiva etdiyi ultrabənövşəyi şüalarla dəriyəzərərli olduğundan çox günəş alan bölgələrin xüsusilə baş və boyunbölgəsinin ciddi şəkildə qorunması lazımdır. Kremlər, eynəklər vəşapkalarla ultrabənövşəyi şüalarından qoruna bilərsiniz.
10. Analar övladlarını əmizdirməkdən çəkinməsin.Bütün ana namizədlərinin nəzərinə! Körpənizi nə qədər uzun müddət əmizdirsəniz,o qədər daha az döş xərçənginə tutularsınız.

вторник, 2 февраля 2010 г.

Xercengden nece qorunmali

Bu dəhşətli xəstəlikdən qorunmada qidalanma və düzgünrejimli həyat tərzi əsas sayılır.Xərçəngə qarşı necə qidalanmalı, onun qarşısını necə almalı və müalicə müddətində nələrə diqqət etməli? C vitamin ağız boşluğu, yemək borusu və mədə xərçənginə qarşı qoruyucu vasitədir. Ona görə də bu vitaminlə zəngin olan meyvə-tərəvəz yemək məsləhətdir. Təzə portağalın özü də, suyu da bu mənada dərmandır. Beta-karoten mənbəyi olan kök, boranı, təzə kartof və ispanaq kimi məhsullar da bu xəstəliyin düşmənidir. Lakin beta-karoteni də həddindən artıq qəbul etmək olmaz, ağciyər xərçənginə səbəb ola bilər. Quru acı bibərin isə bəzi növləri xərçəng xəstəliyi əmələ gətirir. Acı bibər orqanizmin immunitet sistemini gücləndirsə də, tərkibində aflatoksin maddəsi olduğundan bu maddə qaraciyər xərçənginə səbəb olur. Bitkilərin quruluşunda olan bəzi kimyəvi birləşmələr bitkiləri bakteriyalar, viruslar və göbələkdən qoruyur. Yüksək fitokimyəvi maddələr olan soya qabıqları, armud, kərəviz, zeytun, mərci, sarımsaq, yaşıl çay da xeyirlidir. Tərkibində Omeqa-3 yağ turşuları olan qidalar, dəniz məhsulları da prostat xərçənginin qarşısını alır. Sarımsaq özü çox faydalıdır, orqanizmi infeksiyalardan, mədə, bağırsaq, yemək borusu və ağciyər xərçəngindən qoruyur. Çalışın gurultulu musiqilərdən uzaq olun. Araşdırmalar belə musiqilərin də xərçəngə yol açdığını göstərir. Klassik musiqiyə üstünlük verin. Siqaret, qırmızı ətdən çox istifadə etmək, köklük xərçəngin meydana gəlməsi üçün əlverişli mənbələrdir. Virus və bakteriyalar, ətrafdakı kimyəvi maddələr, hərəkətsizlik, immun çatışmazlığı, radiasiyaya məruz qalmaq xərçəngə şərait yaradır.İsti çayla xərçəng xəstəliyi arasında əlaqə.4 dəqiqə gözləmək məsləhətdir İran alimləri iddia ediblər ki, həddindən çox isti çay içmək, qida borusunun xərçəngi riskini artırır.Britaniya Tibb Jurnalında dərc edilmiş araşdırmaya əsasən, Selsium cədvəli ilə 70 dərəcə və ondan çox temperaturda çay içmək riskin 8 dəfə artmasına səbəb ola bilər.Ekspertlər deyirlər ki, bu, qeyri-qərb ölkələrində xərçəngin məhz bu növünün niyə daha çox yayıldığını izah edə bilər.Bir çox qərb ölkələrində çaya süd qatırlar ki, bu da içkinin temperaturunu tələb olunan qədər azaldır.Qida borusu xərçəngi hər il dünya üzrə yarım milyon insanın ölümünə səbəb olur.Avropa və Amerikada bu xəstəliyin əsas səbəbinin spirtli içkilər və türün olduğu düşünülürdü. Amma dünyanın başqa yerlərində xərçəngin bu növünün niyə belə yayıldığı naməlum qalırdı.Gündə bir litr çayİranın şimalındakı Gülüstan əyaləti qida borusu xərçənginə görə dünyada birinci yeri tutur. Lakin burada siqaret çəkənlər azdır, içki içən isə demək olar ki, yox dərəcəsindədir. Lakin buna baxmayaraq, hətta qadınlar arasında da qida borusu xərçəngi geniş yayılıb. Bu regionda isti çay içmək adi bir haldır.Burada gündə bir litrə kimi çay içənlər çoxdur.Britaniyanın Xərçəng Xəstəliyi Tədqiqatları Fondundan Oliver Çayldz deyir ki, mütəmadi olaraq isti çay içmək və isti yeməklər yemək, qida borusunun səthində iltihab prosesinə səbəb ola bilər və xərçənglə nəticələnə bilər.Buna görə alimlər, qaynar çay stəkanlara süzüləndən sonra 4 dəqiqə gözləməyi məsləhət görürlər.

Xərcənglə mübarizə günü

Xərçəngdən Qorunma Günü 2030-cu ilədək onkoloji xəstələrin sayı iki dəfə artacaq Nuranə TofiqliHər il fevralın 4-ü Dünya Xərçənglə Mübarizə Təşkilatının təşəbbüsü ilə "Xərçəng Xəstəliyindən Qorunma Günü" kimi qeyd olunur. Təşkilatın məqsədi "Passiv tüstü dumanı və uşaqlar", "Siqareti söndür, üzümü güldür" və s. şüarları ilə insanları xərçəngdən qorunmağa çağırmaqdır. Çünki xərçəngin birinci düşməni sayılan siqaret böyükləri yaralayır, hətta bundan kiçiklər də öz payını alır. Dünyada bu xəstəlikdən hər il 7 milyondan artıq insan həyatını itirir. Hazırda bu diaqnozla 20 milyon insan yaşayır. Dünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, 2030-cu ildə onkoloji xəstələrin sayı iki dəfə artacaq. İlbəil bu xəstəliyə düçar olanların sayı çoxalır. Hələ də həkimlər xərçəngin səbələrini araşdırır. Türk Xərçəng Araşdırma və Savaş Təşkilatı "Düzgün qidalan, bol hərəkətlə gələcəyinə gülümsə" adlı lahiyəsində hər kəsi xərçəngdən qorunmağa çağırır. Təşkilatın direktoru professor Tezer Kutluk şişmanlığın xərçəngə yaxalanma risqini artırdığını bildirib. Onun araşdırmalarına görə, dünyada bütün xərçəng xəstəliyinə düçar olmuş insanların 30 faizi çox çəkili və həddindən artıq şişmandırlar. Tütündən istifadə etmə, düzgün qidalanmamaq və hərəkətsiz yaşamağın xərçəng rsiqini önəmli şəkildə artırdığını deyən Kutlukun bildirdiyinə görə, məktəbyaşlı uşaqlarda hər 10 uşaqdan biri normal kilodadır. Bu uşaqların 30-45 milyonu isə şişmandır. Dünyada 1,5 milyard yeniyetmə artıq çəkili və bunlarında ən az 400 milyonu kökdür. 2015-ci ildə isə bu sayın 2,3 milyarda, şişmanların da 700 milyona çatacağı gözlənilir. Düzgün qidalanmama, hərəkətsizliyə imkan yaradan komüuter oyunları ilə televiziya qarşısında saatlarla oturma artıq çəki yaradır. Bundan başqa, araşdırmalarda yeni bir səbəb üzə çıxarılıb. Məlum olub ki, gözəllik salonlarında edilən tatuaj və piersinq də xərçəngə və AİDS-ə yol açır. Əgər həmin tatuaj növləri tibb işçiləri tərəfindən edilmirsə, insana qanla təxminən 40-a yaxın infeksiya xəstəliyi yoluxa bilər. Onu da qeyd edək ki, bəzi insanlar tatuajı və digər döymə növlərini bir-birindən öyrənirlər. Hətta bəzi gözəllik salonlarında tibbə aid olmayan cihazlardan istifadə edirlər. Hər zaman yanımızda daşıdığımız kiçik "dostumuz" saydığımız mobil telefonlar da xərçəng xəstəliynə səbəb olur. Araşdırmalara görə, 10 il mobil telefon işlədən insanlar arasında xərçəng xəstəliyinə tutulanların sayı daha çoxdur. Beynəlxalq Xərçəng Mərkəzinin araşdırmaçısı Elizabet Kardis mobil telefonlardan lazım olmadığında üzərində az gəzdirməyi, mümkün qədər uşaqlardan uzaq tutmağı məsləhət görüb. Radiasiya, siqaret, içki, düzgün qidalanmamaq, həmişə quru yeməklər yemək və bir də sözsüz ki, genetik amil də xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Xatırladaq ki, bu günə kimi xərçəng xəstəlik diaqnozu qoyulan insanlar ya içki içir, siqaret çəkir, ya da düzgün qidalanmır. Hesablamalar görə, dünyada 1 milyon insan tütündən istifadə edir. Hər 3 nəfərdən 1 siqaret çəkir və hər 10 ölümdən biri də siqaretin nəticəsidir. 1 milyon 400 min insan tütündən, 1 milyon 690 min insan ürək-damar xəstəliyindən, 970 min insan isə xroniki axciyər xəstəliyindən həytalarını itirirlər. Xərçəng xəstəliyi vücuddakı bütün orqanlara yayıla bilir. Xoşxassəli və bədxassəli növləri var. Xoşxassəli şişləri müalicə yolu ilə sağalmaq mümkündür. Bədxassəli şişləri tənəffüs yolarında, ağız boşluğunun selikli qişasının, dərinin hüceyrə örtüyündə əmələ gəlir. Qonşu orqanları yaralamaqdan başqa limfa və qan yolu ilə bütün orqanlara sıçrayır. Xəstəliyin əvvəlində klinik əlamətlər aydın xarakterik olmur. Sonrada əlamətlər qabarıq şəkildə təzahür edir, ağrı sinromları törənir, arıqlama, iştahasızlıq, yorğunluq müşahidə olunur. Bu xəstəliyin böyümə sürəti müxtəlifdir: gizli şəkildə inkişaf edən şişlər bir neçə ilə üzə çıxır. Xəstəlyini gedişi onun təkcə orqanizmdə yayılma dərəcəsindən asılı olmur, şişlər, əsasən cavan yaşlarda, hamiləlik və laktasiya zamanı daha tez böyüyr. Türkiyə Səhiyyə Nazirliyinin Xərçənglə Savaş Dairəsinin müdiri professor Murat Tuncerin bildirdiyinə görə, əgər xərçəngin qarşısı alınmazsa, 2030-cu ildə dünyada ildə 27 milyon insan xərçəngə yoluxacaq, 17 milyon insan həyatnı itirəcək, 75 milyona yaxın isə bu xəstəliklə boğuşacaq. Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatının 1948-ci ildə yayıdığı məlumata görə, 1990-cı ildə dünyada 8,1 milyon xərçəng xəstəsi olub. Ən çox yayılan ağciyər xərçəngi dünyadakı kişilərin 18 faizini, inkişaf etmiş ölkələrdəki kişilərin isə 21 faizini əhatə edir. İkinci sırada 10 faizlə mədə, 3-cü sırada isə 21 faizlə qadınlar arasında döş xərçəngi daha çox yayılıb. Amerika tədqiqatçılarının hesablamaların görə, təkcə ötən il 12 milyon insana xərçəng diaqnozu qoyulub, 7,6 milyon insan isə ölüb. Hazırda Azarbaycanda hər 100 min nəfərdən 100-ü xərçəng xəstəliyinin daşıyıcısıdır. Onların 40 nəfərinin məhz süd vəzilərində bədxassəli şiş aşkarlanıb. Uşaqlar arasında da yaş artdıqca xərçəngə yoluxma riski çoxalır. Azərbaycan Gender İnformasiya Mərkəzinin məlumatına görə, 2006-cı ildə 6,8 min nəfərdə bədxassəli şiş aşkar edilib. Bu da əhalinin hər 100 min nəfərinə 81 nəfərini təşkil edir. 2007-ci ilin əvvəlində isə tibb müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 290 nəfər olub. Bu xəstələrin arasında isə süd vəzilərinin, ağciyərin, mədə və qida borusunun xərçənginə daha çox rast gəlinir.